Azeri | Русский 
BAKI YÜKSƏKGƏRGINLIKLI ELEKTROAVADANLIQ ASC
 
ATSC-nin rəhbərliyi

Hörmətli cənablar!

“Bakı yüksəkgərginlikli elektroavadanlıq” Açıq tipli səhmdar cəmiyyəti “Bakı yüksəkgərginlikli elektroavadanlıq zavodu”nun nəzdində yaradılmış və onun layiqli davamçısıdır.

Bir neçə on illiklər ərzində “BYGEAZ” elektrotexnika sahəsində keçmiş Sovetlər İttifaqı ərazisində aparıcı zavod və yüksək gərginlikli 6-] 0 kV zahiri quraşdırmalı avadanlığın yeganə istehsalçısıdır.

Zavodun istehsal etdiyi dəstləşdirilmiş bölüşdürmə avadanlığı neftçıxarma sənayesində (KRUNB 6 (10)U1), dağ-mədən sənayesində (YAK110 10U1, KRUPE 10U1), energetika sahəsində (KRN-ŞU1), həmçinin kənd təsərrüfatında və ümummülki tikintisində (KSO-272, KSO-285) uğurla istifadə olunur.

Zavodun məhsullarından olan qazma qurğuları giqant zavod olan “Uralmaş”, Volqoqradın “Barrikadı” zavodunda, həcmi 25 kub metrovidr olan güclü ekskavatorlar dəstləşdirilmişdir.

Məhsulumuza olan tələbatın tam qarşılanması üçün son illər ərzində müəssisəmizdə aşağı gərginlikli elektrik avadanlıqları (ŞO-99, RPS rubilnikləri), habelə 40-1000 kV gücündə komplektləşdirilmiş transformatorlu yarımstansiyaların istehsalı uğurla həyata keçirilir.

Müəssisə tərəfindən elektrik avadanlıqlarının bütün növləri qabaqcıl iş, məhsulun sonrakı keyfiyyətinin yaxşılaşdırılması və texniki-iqtisadi göstəricilərin qaldırılması üzrə sistematik işləyən yüksək ixtisaslı peşəkarların hesabına istehsal olunur.

Respublikada analoji elektrik avadanlığının istehsalçıları arasında müəssisəmiz yüksək keyfiyyəti və buraxılmış məhsulun dizaynı ilə fərqlənir.

Müəssisə istehlakçılara yüksək təminat verən məhsul ilə yanaşı, geniş kompleksli bütün növ elektrik sınaqlarının keçirilməsi üçün attestasiya olunmuş təcrübə avadanlıqları ilə tam təmin olunmuşdur.

İstehsal etdiyimiz avadanlıq respublikanın xalq təsərrüfatının bütün sahələrində, MDB ölkələrində və xarici dövlətlərdə (İran, İraq, Kuba, Əlcəzair, MXR və s.) uzun müddətli istismar olunur. Biz həm məhsulumuzu əldə edən istehlakçılarla daim əlaqəni genişləndirir, onların tələb və təkliflərini nəzərdən keçirir, həm məhsulumuzu uzunmüddətli davamlılığı və konstruksiyanın yaxşılaşdırılması üzərində işləyir, həm də buraxılmış məhsulun istifadə sferalarını genişləndiririk.

Sizin istəyinizlə biz seriya ilə istehsal olunmuş məhsulla yanaşı, tələblərinizə uyğun bütöv qammalı avadanlıqların fərdi sifarişini, həmçinin əsas hissələr (yağlı açarlar, ayırıcılar, ötürücülər və s.) ilə təmin edirik.

Müəssisəmizin məhsulunu istifadə edərkən siz elektrik enerjisi işindən tam arxayın ola bilərsiniz.

Hörmətlə:
Əliyev Xəqani Tapdıq oğlu
“Bakı yüksəkgərginlikli elektroavadanlıq” ATSC-nin idarəetmə sədri.